Səməd Seyidov: “Şimali Makedoniya daim beynəlxalq təşkilatlarda bizi dəstəkləyir”

11:29 21.06.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Şimali Makedoniya daim Azərbaycanla sıx əməkdaşlıq edir, beynəlxalq təşkilatlarda bizi dəstəkləyir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanununun layihəsi ilə bağlı bildirib.

Deputat hesab edir ki, bu qanun  Şimali Makedoniya ilə münasibətlərin dərinləşməsi ilə yanaşı, həm də Avropa ilə əlaqələrin inkişafını təmin edir.