Şəmkirdə sahibkarlarla görüş keçirilib - FOTO

12:53 24.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azəriqaz” İstehsalat Birliyi (İB) ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Hafta.az xəbər verir ki, “Açıq mikrofon” aksiyası çərçivəsində Şəmkir rayonunda sahibkarlarla görüşü baş tutub.

“İstixana fəaliyyəti ilə məşğul oluruq. İstifadə etdiyimiz qaza görə müəyyən qədər borcumuz yaranıb. Hər il “Azəriqaz” İB bu istiqamətdə bizə kömək göstərir. Sizdən xahişimiz odur ki, bu il də bizə köməklik edəsiniz”, - deyə sahibkar Nofəl Əliyev bildirib.

Mikrofon önünə keçən İstehsalat Birliyinin Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi görüşün sahibkarların qaz təsərrüfatı ilə bağlı üzləşdikləri çətinlikləri dinləmək və kömək edilməsi üçün təşkil olunduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən sahibkarlar da qarşıdan gələn mövsümədək yaranan borcun hissə-hissə ödənilməsi üçün güzəşt olunmasını xahiş ediblər. Səsləndirilən hər bir müraciət qeydiyyata alınıb və ünvanlanan suallar cavablandırılıb.

Görüşdə “Azəriqaz” İstehsalat Birliyi rəsmiləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məsul şəxsləri də iştirak ediblər.