Separatçı erməni rejimi Xocavənd şəhərində konsert təşkil etdi...-FOTOLAR

19:15 19.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 18-də Xankəndindəki separatçı rejimin təşkil etdiyi  qondarma “artsax milli orkestri” Azərbaycan Respublikasının 32-ci ildir ki, faktiki olaraq Rusiya-Ermənistan işğalı altında qalan və “Martuni” adlandırılan Xocavənd rayon mərkəzindəki Artur Ağasyan adına “mədəniyyət sarayı”nda konsert proqramı ilə çıxış edib.

 

Hafta.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.

 

“Konsert zamanı erməni bəstəkarlarının məşhur instrumental əsərləri səsləndirilib”- xəbərdə belə deyilir.

 

Həmçinin xəbərdə bildirilir ki,  erməni “milli oskestri”nin konsertləri keçmiş Dağlıq Qarabağın düşmənin nəzarətində olan digər şəhərlərində də keçiriləcək...

Siyasət rubrikasından digər xəbərlər