Rusiyanın cənub ölkələrinə çıxışı olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində (ITC) nəqliyyat daşımaları 2022-ci ildəki 16 milyon tondan bu il 19,5 milyon tona yüksəlib.
Hafta.az-ın yazdığına görə, Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvax bildirib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (İTC) üzrə yük daşımaları 2022-ci ildəki 16 milyon tondan 2030-cu ilə qədər 32 milyon tona yüksələcək.
Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda çıxış edən Volvaç deyib: “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcmi artıq 2023-cü ilin birinci rübündə ötən illə müqayisədə iki dəfə artıb”.
Şimal-Cənub İTC Rusiya, Azərbaycan, İran və Hindistanı birləşdirən ən mühüm logistika dəhlizinə çevrilib. Yaxın illərdə bu marşrutun inkişafı çərçivəsində 100-dən çox layihəyə 38 milyard dollardan çox sərmayə qoyulması planlaşdırılır.
Layihələr mövcud marşrutlarda infrastruktur maneələrini aradan qaldırmaq məqsədi daşıyır. Şimal-Cənub dəhlizində dəmir yolu xətlərinin müasirləşdirilməsi ilə yanaşı, əlavə dəmir yolu hissələri və ikinci xətlər tikiləcək, dəmir yolu xətlərinin elektrikləşdirilməsi işləri aparılacaq.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş 2000-ci ildə Rusiya, Hindistan və İran tərəfindən imzalanıb. Daha sonra iştirakçıların sayı 14-ə yüksəlib.
Layihənin məqsədi Hindistan, İran və Fars körfəzi ölkələrindən gələn yük axınını Rusiya vasitəsilə Avropaya yönəltməkdir. Süveyş kanalından keçən dəniz marşrutu ilə müqayisədə Şimal-Cənub xətti boyunca məsafə yarıdan çox azalır ki, bu da daşıma müddətini, eləcə də xərclərini ucuzlaşdırır.