Şimşək çaxacaq, yağış yağacaq - Xəbərdarlıq

11:55 13.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın rayonlarında oktyabrın 13-ü şərq rayonlarından başlayaraq 16-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə hafta.az-a bu gün Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Qeyd edilib ki,qərb küləyi 14-də gündüz, 15-də isə bəzi yerlərdə arabir 15-20 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.