Siqh icması Nyu Yorkda Hindistana qarşı aksiya keçirdi

11:10 29.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Siqh icmasının yüzlərlə nümayəndəsi BMT-nin Nyu-Yorkdakı Baş Qərargahı qarşısına toplaşaraq, Kanadada Xalistan liderinin qətlini pisləyib və Xalistanın siqhlərin müstəqil vətəni olması tələblərini səsləndiriblər.

Hafta.az-ın dunyanews.tv-yə istinadən yazdığına görə, Kanadanın baş naziri Castin Trüdonun parlamentə, hökumətinin tanınmış Siqh lideri Hardip Singh Niccarın qətlində Hindistanın əlinin olmasına dair “inandırıcı faktları” gördüyünü söylədikdən bir həftə sonra etiraz aksiyası keçirilib.

Nümayişçilər Hindistanın baş naziri Narendra Modini pisləyən şüarlar səsləndirib, Hardip Singh Niccarın qətlinin səbəbkarlarının cəzalandırılmasını istəyiblər.

Etiraz nümayişi Amerikanın Siqh Gənclərinin nümayəndəli orqanı tərəfindən təşkil edilib.

Onilliklər boyu davam edən Xalistan hərəkatı Trüdonun açıqlamasından sonra Siqh icmasının Hindistan diplomatik missiyaları qarşısında və dünyanın digər mühüm yerlərində təşkil etdikləri etiraz aksiyaları daha da alovlanıb. 

Aksiya iştirakçıları əlləeində “Hindistan siqhləri öldürür! Hindistan Kanadada terrorizmə görə məsuliyyət daşıyır! Axtarışda olan Modi Hindu Terrorçusudur! Hindistan Siqhlərinin soyqırımı! Hindistan, Pəncabdan çıxın! “Hindistan, işğala son!” şüarları yazılmış plakatlar tutublar.

Başlarına çalma bağlamış etirazçılar əllərində “Xalistan” sözü yazılmış sarı bayraqlar da tutublar və milli azlıqların təqibində ittihamlanan ölkəyə qarşı nifrətlərini ifadə etmək üçün Hindistan bayrağını ayaqlayıblar.

Oxunma sayı 216