Şirvanda üzərinə şkaf düşən uşaq ölüb

15:57 26.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvanda faciəli hadisə baş verib.

Hafta.az-ın məlumatına görə, şəhərin Naxçıvan küçəsində yerləşən fərdi yaşayış evində valideyn nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Hüseynova Günay Yusif qızının üzərinə şkaf aşıb.

Kəllə-beyin travması və daxili orqanlarının əzilməsi nəticəsində 4 yaşlı uşaq vəfat edib. (APA)