Sülhməramlıların 7 maşını Xankəndiyə keçdi

09:39 06.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.


Hafta.az xəbər verir ki, bu gün Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 1 minik və 6 təminat-təchizat avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.


Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Siyasət rubrikasından digər xəbərlər