Məhəmməd bin Rəşid Kosmik Mərkəzi “Crew-6” komandasının Yerə qayıtmasından və 6 aylıq missiyasının bitməsindən bir neçə gün sonra xüsusi mətbuat konfransı keçirəcəyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, mərkəz müxtəlif sosial media platformalarında və rəsmi saytında BƏƏ astronavtı Sultan əl-Neyadinin Yerə qayıtdıqdan sonra keçirdiyi ilk mətbuat konfransı ilə bağlı yazı dərc edib.
Əl-Neyadi 4 sentyabr 2023-cü il bazar ertəsi səhər “SpaceX Falcon 9” raketində “Crew-6” komandası ilə birlikdə Yerə qayıdıb.
Ərəb astronavtın ən uzun kosmik missiyası bu ilin martında başlayıb və sentyabra qədər davam edib.
Beynəlxalq Kosmik Stansiyada qaldığı 6 ay ərzində əl-Neyadi təxminən 200 elmi təcrübəyə qatılıb. Onun təcrübələrinə spesifik antikorların istehsalı üçün zülal kristallarının istehsalı, kosmosda sıfır cazibə mühitində astronavtların yuxu rejiminin tədqiqi və klinik dərmanların kosmosda ürək hüceyrələrinə təsirinin tədqiqi daxildir.