Yazını böyüt
Yazını kiçilt
Sumqayıtda yaşayış binasında yanğın hadisəsi baş verib.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, 10 ədəd elektrik açarı, 6 paq.m giriş-çıxış kabelləri, 5 paq.m internet və telefon kabelləri yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.