Suqovuşandakı yarışlarda 25 medal qazandıq

21:41 06.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Prezident kuboku-2022" yarışlarında birinci günə yekun vurulub.

 

Hafta.az xəbər verir ki, yarışlar Suqovuşan qəsəbəsində keçirilib.

 

Kayak və kanoe üzrə yarışlarda Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı mübarizə aparıb. 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıb.

 

Yarışlara mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə ilə yekun vurulacaq.