Suraxanıda 1 nəfər intihara cəhd edib

19:51 06.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Suraxanı rayonunda 1 nəfər intihara cəhd edib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.