Şuşada “Muğam” müsabiqəsinin finalı keçirilir

16:38 05.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşada VIII “Muğam” Televiziya Müsabiqəsinin final mərasimi keçirilir.

Hafta.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqənin final mərasimində mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, eyni zamanda, tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.

Müsabiqənin finalı Bülbülün ev-muzeyinin həyətində təşkil edilir.

Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.

2005-ci ildən etibarən keçirilən “Muğam” müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparmasıdır.

Xatırladaq ki, sabah isə Cıdır düzündə qala-konsert təşkil olunacaq. Qala-konsertdə bu günədək keçirilən səkkiz “Muğam” müsabiqəsinin qalib və mükafatçıları çıxış edəcəklər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunacaq.

Oxunma sayı 214
Mədəniyyət rubrikasından digər xəbərlər