“Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir” – Mao Ninq

11:03 09.01.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir və Tayvan məsələsi Çinin daxili işidir”.

Hafta.az yazır ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.

Mao Ninq ABŞ prezidenti Donald Trampın Tayvanla bağlı son şərhlərinə münasibət bildirmək üçün nazirliyin müntəzəm mətbuat konfransında deyib ki, "Tayvan məsələsinin həlli Çin xalqının səlahiyyətinə aiddir və xarici müdaxiləyə yer yoxdur".

Mao Ninq Venesuelada baş verənlərə də münasibət bildirib. Deyib ki, Venesuelada dəyişən siyasi vəziyyətdən asılı olmayaraq, Çinin Karakasla bütün sahələrdə praktik əməkdaşlığı dərinləşdirməyə və birgə inkişafı təşviq etməyə hazırlığı dəyişməz qalacaq.

Xanım Ninq müvəqqəti prezident Delsi Rodrigezin Çinin Venesueladakı səfiri ilə görüşdüyünü xatırladaraq bildirib ki, Pekin Venesuela ilə əlaqələrə böyük əhəmiyyət verir, o cümlədən, mövcud hökumətlə yaxından əməkdaşlıq edir.

"Çin Venesuelanın ləyaqətini və suverenliyini, milli təhlükəsizliyini, qanuni hüquq və maraqlarını qorumaqda ona qətiyyətlə dəstək verməyə davam edəcək", - Mao Ninq deyib.