Tələbə kreditlərinin xaricdə təhsil almaq istəyənlərə verilməməsi doğru addımdır - Ekspert

16:35 13.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Tələbə kreditlərinin xaricdə təhsil almaq istəyənlərə şamil olunmaması doğru addımdır.

Bu fikirləei hafta.az-a təhsil eksperti Kamran Əsədov deyib:

“Azərbaycanın xaricdə təhsil proqramı var. Eyni zamanda, dövlətlərarası müqavilələrlə də xaricdə təhsil almaq imkanı mövcuddur.

Ona görə də xaricdə təhsil almağa gedənlərə bunu şamil etmək olmaz. Bu kreditlər daxili ehtiyac üçündür. Xarici universitetlər ola bilər ki, təhsil haqqı kifayət qədər yüksək olsun.

Məsələn, İngiltərədə və ya Amerikada təhsil haqqı ən ucuz 10-15 min dollardır. Təbii ki, dövlət bunu qarşılamayacaq.

Amma dövlət misal üçün 2007-2015-ci illər üzrə xaricdə təhsil proqramı çərçivəsində, eyni zamanda, digər proqramlarla tam olaraq təhsil haqqını ödəyib. Ona görə də bu layihəni xaricdə təhsil almaq istəyənlərə tətbiq etməyə ehtiyac yoxdur”.