Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə TEST İMTAHANI

15:40 29.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Naxçıvan Muxtar Respublikasında ölkə üzrə mərkəzləşmiş qaydada tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə Naxçıvan Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, imtahan Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yerləşən imtahan mərkəzində təşkil olunub. İmtahanda 47 namizəd iştirak edib.