Tərtərdə üç avtomobil toqquşub, xəsarət alanlar var

21:56 16.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtərdə üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Hafta.az xəbər verir ki, “VAZ-2107”, “VAZ-21011” və “LADA 110” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.