Tokayev Qazaxıstanda keçirilən prezident seçkilərində qalib gəlib

10:21 21.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. Seçkilərdə hazırkı prezident Kasım-Jomart Tokayev qalib gəlib. Bu barədə Tengrinews xəbər verir.

Tokayev 81,31 faiz səs toplayıb (ona 6 milyon 456 min 392 nəfər səs verib).

Onun ardınca 3,42 faiz (271 min 641 səs) toplayan Qazaxıstan Fermerlər Assosiasiyasının sədri Jiquli Dairabayev gəlir, üçüncü yerdə 2,60 faiz (206 min 206 səs) səs toplayan Peşəkar Sosial İşçilər Milli Alyansının namizədi Karakat Abden gəlir.

Qazaxıstanda prezident seçkiləri noyabrın 20-də keçirilib. Bundan əvvəl Tokayev Konstitusiyaya düzəlişlər imzalayıb, ona görə ölkədə prezidentlik müddəti 5 ildən 7 ilədək artır, lakin heç kim bir dəfədən artıq prezident ola bilməz. Bundan sonra o, növbədənkənar seçkilərin keçirilməsini təklif edib.

Qazaxıstanın hakim partiyası olan Amanat partiyasının üzvləri yekdilliklə Tokayevin prezidentliyə namizədliyini irəli sürüblər.

Siyasət rubrikasından digər xəbərlər