İSNA xəbər agentliyinin məlumatına görə, İran və Türkiyə nümayəndə heyətləri yeni sərhəd keçidinin yeri barədə razılığa gəliblər.
Hafta.az-ın yazdıına görə, keçidin İran tərəfdə Kuzə Raş, Türkiyə tərəfdən isə Gəlincikdə tikiləcəyi bildirilir.
İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadə İSNA-ya bildirib ki, yeni keçidin yeri iki ölkə arasında keçirilən birgə nümayəndə heyətinin görüşündə müəyyən edilib. Görüş zamanı sərhəd məsələlərinə cavabdeh qurumların nümayəndələri yoxlama aparıb, keçidin tikintisi ilə bağlı razılıq əldə olunub.
Planlaşdırılan Kuzə Raş – Gəlincik sərhəd-keçid məntəqəsi İranın Qərbi Azərbaycan vilayətinin Salmas rayonu ilə Türkiyənin Van – Başkalə rayonu arasında yerləşəcək. Bu, Bazarqan, Razi və Serodan sonra İran - Türkiyə xəttində dördüncü rəsmi sərhəd keçidi olacaq.
Həbibullahzadə bildirib ki, yeni qapı iki ölkə arasında təkcə yerli mübadilələri deyil, həm də ticarət və tranziti əhəmiyyətli dərəcədə artıracaq.