Türkiyə bu il Rusiyanın ilk üç idxalçısı sırasında yer alıb.
Hafta.az-ın Gazeta.ru-ya istinadən yazdığına görə, Türkiyə iki il əvvəl reytinqdə 7-ci idi.
Rusiya bankı “Toçka”nın araşdırmasından bəhs edən qəzet, Türkiyənin yanvar-sentyabr ayları arasında Çin və Belarusdan sonra Rusiyaya ən çox mal satan ölkə mövqeyinə yüksəldiyini yazıb.
Bankın araşdırması xarici ölkələrlə iş aparan Rusiya şirkətlərinin sayına baxıb. Analitiklər Türkiyənin 2 ildə ticarət həcminə görə 12-ci yerdən 3-cü yerə yüksəldiyini bildirirlər.
“Toçka” rəsmisi Anna Davidova da Rusiyanın Türkiyə ilə ticarətində dolların payının 2021-ci ilə nisbətən 1,4 dəfə azaldığına diqqət çəkib. Davıdova bildirib ki, bu səbəbdən iri şirkətlərlə yanaşı, kiçik və orta biznesdə də lirəyə tələbat artıb.