Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Ankara "Qazprom"un qazın qiymətlərini aşağı salacağına ümid edir.
Hafta.az-ın TASS-a istinadən yazdığına görə, Türkiyə alıcı kimi etibarlılığını sübut edib və buna görə də qarşılıqlı anlaşmaya arxalanır. Bayraktar, "Rusiya ilə bağladığımız müqavilədə tavan qiymət müəyyən etdik. TTF indeksi dəyişərsə, tavan Türkiyə qiymətini qoruyur. Əgər endirim dedikdə bunu nəzərdə tutursunuzsa, buna endirim də deyə bilərsiniz. Ancaq Türkiyədə qazın qiyməti yüksəkdir. “Qazprom” etibarlı təchizatçı, Türkiyə isə Rusiya qazının yaxşı və etibarlı istehlakçısı olduğu üçün yaxın illərdə ondan daha münasib qiymətlər gözləyirik. “Lakin biz bu məsələnin rəqabətədavamlılığını da nəzərə almalıyıq, ümid edirəm ki, qarşılıqlı anlaşmaya nail ola bilərik”, - deyə bildirib.
Bayraktarın sözlərinə görə, Türkiyə “qaz idxalı üçün 38 milyard dollar ödəyib, bunun 40 faizi Rusiyaya gedib”.
Digər tərəfdən, "Reuters" agentliyi Türkiyənin Rusiya ilə 600 milyon dollarlıq təbii qaz ödənişlərini 2024-cü ilədək təxirə salmaq barədə razılığa gəldiyini bildirib. Energetika Nazirliyinin o zamankı rəhbəri Fatih Dönmez ona verilən təbii qaz ödənişlərinin bir hissəsinin təxirə salınması ilə bağlı “Qazprom”la razılıq əldə olunduğunu açıqlayıb. Lakin sonradan o, nə qədər təxirə salınma ilə bağlı razılaşdırıldığını söyləməkdən imtina edib.
Hər il Türkiyəyə idxal olunan qazın 40 faizdən çoxunu təmin edən Rusiya Ankara üçün əsas təbii qaz tədarükçüsüdür.