Türkiyə turizmdə ən bahalı beş ölkə arasındadır

10:07 03.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Türkiyədə bir həftəlik tur paketinin orta qiyməti 183 min rubla yüksəlib. Bununla da Türkiyə son qiymət artımları ilə turizmin ən bahalı beş ölkəsindən biri olub”.

Hafta.az-ın yazdığına görə, bu sözləri deyən Rusiya Tur Operatorlar Assosiasiyasının (ATOR) icraçı direktoru Maya Lomidzenin dərc etdiyi hesabata görə, Rusiya ən ucuz turizm ölkəsinə, Türkiyə isə Maldiv adaları, Kuba və Şri-Lankadan sonra dördüncü ən bahalı turizm məkanına çevrilib.

Avqustda Rusiyada turların orta qiyməti cəmi 79,8 min rubl təşkil edib. Beləliklə, Rusiya ən ucuz istirahət məkanına çevrilib.

ATOR-un məlumatına görə, bu ay Birləşmiş Ərəb Əmirlikləri və Misirə bir həftəlik məzuniyyət orta hesabla 150 min rubla başa gəlir, Tailanda turlar isə orta hesabla 175,8 min rubl tələb edir.

Türkiyə son aylar ən çox qiymət artımı olan ölkədir. Orta hesabla Türkiyədə bir həftəlik tətil 183 min rubla (1965 dollar və ya 52 min türk lirəsi) başa gəlir. Bir həftəlik tətil üçün Şri-Lankada 213 min rubl, Kubada 238,8 min rubl, Maldiv adalarında isə 392 min rubl ödəmək lazımdır.

O, həmçinin qeyd edib ki, qiymətlərin yüksək olması səbəbindən Türkiyənin dənizkənarı kurortlarına yay turist axınının dinamikası gözləniləndən xeyli aşağıdır. Bununla belə, Türkiyə Rusiyaya yaxınlığına görə hələ də Rusiyanın xarici turizmində bir nömrəli istiqamət olaraq qalır.