Türkiyə və Ermənistan BU MƏSƏLƏDƏ RAZILAŞDILAR

18:39 06.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyə və Ermənistan birbaşa yükdaşıma reyslərinin bərpası ilə bağlı razılığa gəliblər - hazırda müvafiq nazirliklər arasında danışıqlar aparılır, Habertürk telekanalı ölkənin Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən xəbər verir.

“Diplomatik mənbələrdən verilən məlumata görə, iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin xüsusi nümayəndələri arasında aparılan danışıqlar nəticəsində Türkiyə ilə Ermənistan arasında 2023-cü il yanvarın 1-dən mümkün olan birbaşa hava yüklərinin daşınması üçün maneələr aradan qaldırılıb. Mənbələr bildiriblər ki, Türkiyə Ticarət Nazirliyi bu qərarla bağlı Türkiyə İxracatçılar Birliyinə məlumat verib".

Siyasət rubrikasından digər xəbərlər