Türkiyədə zəlzələ olub

19:25 21.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Balıkəsir vilayətinin Sındırğı rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, yeraltı təkan yerli vaxtla 18:11-də alınıb.

Zəlzələ ilə bağlı hələlik dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb. Mütəxəssislər bölgədə vəziyyəti nəzarətdə saxlayırlar.