Türkiyənin ilin ilk 7 ayında xarici ticarət kəsiri 73,5 milyard lirə olub.
Hafta.az-ın yazdığına görə, bu müddət ərzində qardaş ölkə ən çix ixracatı Almaniyaya edib. TÜİK-in bu gün açıqladığı xarici ticarət məlumatlarına görə, Almaniya iyul ayında 1 milyard 673 milyon dollarlıq ixracatla birinci yeri tutub. Bu ölkəni 1 milyard 103 milyon dollarla İtaliya, 1 milyard 101 milyon dollarla ABŞ, 978 milyon dollarla İraq və 962 milyon dollarla Böyük Britaniya izləyib.
Yanvar-iyul dövründə Almaniya ixracatda birinci yerdədir. Bu ölkəyə 12 milyard 378 milyon dollarlıq məhsul ixrac edilib. Almaniyanı 8 milyard 489 milyon dollarla ABŞ, 7 milyard 265 milyon dollarla İtaliya, 6 milyard 958 milyon dollarla Böyük Britaniya və 6 milyard 648 milyon dollarla İraq izləyib. İlk 5 ölkəyə ixrac ümumi ixracın 29,1 faizini təşkil edib.
İyul ayında idxalda birinci yeri Çin tutub. Bu ölkədən idxal 4 milyard 603 milyon dollar olarkən, bu ölkəni 3 milyard 650 milyon dollarla Rusiya, 2 milyard 839 milyon dollarla Almaniya, 2 milyard 458 milyon dollarla İsveçrə və 1 milyard 602 milyon dollarla ABŞ izləyib. İlk 5 ölkədən idxal ümumi idxalın 46,9 faizini təşkil edib.
Yanvar-iyul dövründə idxalda birinci yeri Rusiya tutub. Bu ölkədən idxalın məbləği 28 milyard 384 milyon dollar olub. Bu ölkəni 26 milyard 841 milyon dollarla Çin, 16 milyard 278 milyon dollarla Almaniya, 14 milyard 249 milyon dollarla İsveçrə və 9 milyard 145 milyon dollarla ABŞ izləyib. İlk 5 ölkədən idxal ümumi idxalın 43,8 faizini təşkil edib.