Bu ilin ilk yeddi ayında Türkiyədə hava limanlarında təyyarə və sərnişin axını əhəmiyyətli dərəcədə artıb. Məlumata əsasən yeddi ay ərzində Türkiyə hava limanlarında 1,2 milyon təyyarə hərəkət edib və 118 milyon sərnişin daşınıb.
Hafta.az-ın yazdığına görə, bu barədə məlumat verən Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, bu dövrdə bütün xətlər üzrə cəmi 1 milyon 216 min 747 təyyarə trafiki və 118 milyon 670 min 100 sərnişin daşınması həyata keçirilib” deyib.
Nazir Uraloğlu, ölkənin artan hava limanı trafiki ilə cazibə mərkəzinə çevrildiyini və bu artımın nəqliyyat sektoruna edilən investisiyaların uğurunu göstərdiyini bildirib.
İlin ilk yeddi ayında daxili sərnişinlərin sayı 51 milyon 820 min 717, beynəlxalq sərnişinlərin sayı isə 66 milyon 724 min 160 olub. Təyyarə trafikində 500886 təyyarə daxili marşrutlarda, 447926 təyyarə beynəlxalq marşrutlarda və 267935 təyyarə tranzit uçub.
Xüsusilə iyul ayı həm təyyarə, həm də sərnişin hərəkətliliyi baxımından aktiv olub. Bu ayda 85184 təyyarə daxili uçuşlarda, 95126 təyyarə beynəlxalq uçuşlarda və 46107 təyyarə tranzit keçidlərində uçuş həyata keçirib.
Bundan əlavə, iyul ayında hava nəqliyyatında əvvəlki illə müqayisədə əhəmiyyətli artım nəzərə çarpıb: daxili reyslərdə 10,4 faiz, beynəlxalq reyslərdə 10,5 faiz, ümumi hava daşımalarında isə 12,9 faiz artım müşahidə olunub.
İyul ayında sərnişin fəallığı da diqqəti cəlb edib. Ölkədaxili xətlərdə 9 milyon 288 min 727, beynəlxalq xətlərdə isə 14 milyon 900 min 432 olmaqla cəmi 24 milyon 189 min 159 sərnişinə xidmət göstərilib. Eyni ayda yük daşımaları daxili xətlərdə 95136 ton, beynəlxalq xətlərdə isə 343618 ton olmaqla cəmi 438754 tona çatıb.