Ədalət və İnkişaf Partiyası (AKP) 2002-ci ildə başlayan 21 illik hakimiyyət dövründə yalnız 6 nəfərin rəhbərlik etdiyi Xarici İşlər Nazirliyində çox dəyişikliyə şahidlik etməyib. AKP-nin ilk xarici işlər naziri Yaşar Yakış 5 aydan az müddətlə bu vəzifədə qalan ən qısaömürlü nazir olub. Bu vəzifədə ən uzun müddət xidmət edən Mövlud Çavuşoğlu isə 9 il ərzində ölkənin xarici siyasətinə rəhbərlik edib.
Hafta.az-ın yazdığına görə, “qonşularla sıfır problem” siyasəti ilə tanınan Əhməd Davudoğlu da adını XİN başçılarının siyahısına yazdırıb. Lakin Mövlud Çavuşoğlu istisna olmaqla, bütün bu adların Türkiyə Böyük Millət Məclisinin (TBMM) müxalifət qanadında olması və ya yaxın müxalifət xətti tutması diqqət çəkir.
Gəlin birlikdə Türkiyə Xarici İşlər Nazirliyinə rəhbərlik etmiş, amma sonradan müxalifətə transfer olunan şəxslərin siyahısına nəzər yetirək:

Yaşar Yakış 1938-ci ildə Akçakocada anadan olub. Xarici İşlər Nazirliyi, Türkiyənin NATO yanında daimi nümayəndəsi, Qahirə və Ər-Riyadda səfir vəzifələrində çalışıb. AKP-nin qurucu üzvü olan Yakış daha sonra müxalifətə keçib. 2002-ci il noyabrın 19-da xarici işlər naziri vəzifəsinə başlayan Yakış 5 ay tamam olmamış - 2003-cü il martın 14-də vəzifəsindən istefa verib.

Abdullah Gül, Rəcəb Tayyib Ərdoğana qoyulan siyasətlə məşğul olma qadağası aradan qaldırıldıqdan sonra onun baş nazir olması üçün bu postdan istefa verib və 14 mart 2003-cü ildə xarici işlər naziri vəzifəsinə təyin edilib. Gül bu vəzifəni 28 avqust 2007-ci ilə qədər davam etdirib və daha sonra president seçilib.
Gül 29 oktyabr 1950-ci ildə Kayseridə anadan olub. Universitet təhsilinin bir hissəsini İngiltərədə alan Gül hazırda siyasətlə məşğul olmasa da, müxalifətə yaxın xətt izləyir.

Türkiyənin xarici işlər nazirlərindən biri olan Əli Babacan AKP-nin 2002-ci ilin noyabrında hakimiyyətə gəlişindən 29 avqust 2007-ci ilə qədər iqtisadiyyatdan məsul dövlət naziri vəzifəsində çalışıb. Daha sonra o, 2009-cu il mayın 2-də xarici işlər naziri vəzifəsinin icrasına başlayıb.
Magistratura təhsilini ABŞ-da davam etdirən Babacan 2005-2009-cu illər arasında Türkiyənin Avropa Birliyinə (AB) tam üzvlüyü ilə bağlı danışıqlar apararaq, baş müzakirəçi vəzifəsini də öz üzərinə götürüb. Lakin Ərdoğanı sərt şəkildə tənqid edən Babacan AKP-dən və hökumətdən ayrılıb. Daha sonra müxalifətə keçən Babacan, son seçkilərdə 14 millət vəkili ilə TBMM-ə daxil olan DEVA adlı yeni partiya qurub.

Qonşu ölkələrlə “sıfır problem” siyasəti ilə tanınan Əhməd Davudoğlu 1 may 2009-cu ildə “ərəb baharı” qiyamları və Suriyaya çatan inqilablarla akademik fəaliyyətdən ayrılaraq xarici işlər naziri vəzifəsinə təyin edilib. Davudoğlunun siyasəti Türkiyənin bir çox qonşuları ilə ixtilafına səbəb olan problemlər qarşısında büdrədiyi halda, “sıfır problem” siyasətinin “sıfır dost” siyasətinə çevrildiyi kinli bəyanatlarla əvəzlənməli olub.
Əhməd Davudoğlu 26 fevral 1959-cu ildə Konyada anadan olub. 2014-2016-cı illərdə Ərdoğandan sonra AKP-nin ikinci baş naziri olub. Lakin o, Ərdoğanla fikir ayrılığına görə 22 may 2016-cı ildə baş nazir vəzifəsindən istefa verib. Müxalifətə keçən Davudoğlu, son seçkilərdə 10 millət vəkili ilə TBMM-ə daxil olan “Gələcək” adlı yeni partiya qurub.

Mövlud Çavuşoğlu, AKP-nin ən davamlı və sabit xarici işlər naziri olub.
5 fevral 1968-ci ildə Antalyada anadan olan Çavuşoğlu AK Partiyanın qurucu üzvlərindən biridir. 2014-cü il avqustun 29-da xarici işlər naziri vəzifəsini icra edən Çavuşoğlu ötən həftəyə qədər bu vəzifəni icra edib. Çavuşoğlu cümhuriyyət tarixində ən uzun müddət xidmət edən xarici işlər naziri kimi adını tarixə yazdırıb. Daha sonra məmləkəti Antalyadan millət vəkili seçilən Çavuşoğlu vəzifəsini Hakan Fidana təhvil verib...