Türklər 9 il sonra "Şengen" vizası alışında rusları geridə qoydu

11:30 14.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynada münaqişə davam etdikcə Avropa İttifaqı Rusiya vətəndaşları üçün viza məhdudiyyətlərini yumşaltmayacaq.

Hafta.az-ın "İzvestiya"ya istinadən yazdığına görə, bu haqda Avropa Komissiyasının nümayəndəsi Piter Stano bildirib.

"İzvestiya"nın məsləhətləşdiyi ekspertlər viza məhdudiyyəti səbəbindən Avropaya gedən rusiyalı turistlərin sayında ciddi azalma olduğunu vurğulayırlar. Avropaya gedə bilməyənlər Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikası kimi yeni istiqamətlərə üz tuturlar.

Avropaya gedə bilməyən rus turistlər üçün ilk alternativ isə Türkiyədir.

Ötən ilin sentyabrında Avropa İttifaqı Rusiya vətəndaşlarının 2007-ci ildən faydalandıqları sadələşdirilmiş viza müraciətinə son qoyub və viza qiymətini 35 avrodan 80 avroya qaldırıb.
Aİ bu yaxınlarda Rusiyadan alınmış avtomobillər, noutbuklar, smartfonlar, hətta şampun və sabunla ittifaqın üzvü olan ölkələrə girişi qadağan edib.

“İzvestiya” qeyd edir ki, 2019-cu ildə viza müraciətlərinin 1,5 faizi rədd edildiyi halda, 2022-ci ildə bu nisbət 10 faizə yüksəlib.

Baş verənlər fonunda Rusiya 9 ildən sonra ilk dəfə Aİ-yə viza müraciətlərində Türkiyədən geri qalıb.