Yazını böyüt
Yazını kiçilt
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
Hafta.az xəbər verir ki, Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 3:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Qeyd edək ki, komandalar arasında iyulun 26-da keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnmişdi.