Üç gün hava yağıntılı olacaq

09:51 16.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 16-sı Azərbaycanın şərq rayonlarından başlayaraq 18-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Hafta.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 17-də yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.