Ukrayna Müdafiə Qüvvələri Xəzərdə “Lukoil”a məxsus qazma qurğularını vurub

19:24 11.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində “Lukoil”a məxsus üç qazma qurğusunu, Luqansk bölgəsində müvəqqəti ələ keçirilmiş ərazidə Rusiyanın Buk-M3 zenit-raket sistemini və Xerson bölgəsində Rusiya ordusunun bir bölməsini məhv edib.

Hafta.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya ordusunun hərbi və iqtisadi potensialının azaldılması tədbirləri çərçivəsində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Xəzər dənizində “Lukoil”a məxsus strukturlara zərbələr endirib. Bu obyektlər Rusiya ordusuna dəstək fəaliyyətlərində iştirak edir.

Qeyd edilib ki, zərbələr qeydə alınıb. Zərərin miqdarı hələ də müəyyən edilir.