Uran Nigeriyaya səfalət, Fransaya isə...

08:33 29.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yarım əsrlik istismar zamanı uran nigeriyalılara ətraf mühitin çirklənməsi, cinayətkarlıq, korrupsiya və səfalət, Fransaya isə əmin-amanlıq və güc gətirib.

Hafta.azxəbər verir ki, bunu Nigerin Baş naziri Əli Mahaman Lamin Zeyn bildirib.

“Bu gün Arlidə (uran hasil edilən region – red.) bütün qrunt suları çirklənib. Bu, qəbuledilməzdir” – deyə hökumət başçısı əlavə edib.

Lamin Zeyn bildirib ki, hökumət uran hasilatına nəzarəti ələ aldıqdan sonra Fransanın “Orano” şirkəti ölkəni bitməyən beynəlxalq məhkəmə çəkişmələrinə sürükləyir.