Uşağın anadan olmasına görə sosial müavinətin məbləği artırıldı

11:10 13.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Hafta.az-ın məlumatına görə, uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat müəyyən olunub.

Dəyişiklik 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Siyasət rubrikasından digər xəbərlər