Vaksin olunan şəxslərdə immunitetin neçə müddət olacağı məlum deyil - TƏBİB

15:01 18.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vaksin olunan və ya xəstəlik keçirən şəxslərdə immunitetin nə qədər olacağı məlum deyil.

Hafta.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, xəstələnmiş və sağalmış şəxsin vaksin olunmasının heç bir ziyanı yoxdur: "Hazırda vaksin vurulmuş şəxslərin 6 ay sonra yenidən vaksin olunması ilə bağlı qərar yoxdur.

Həm xəstəlik keçirmiş, həm də vaksin vurdurmuş şəxslərdə immunitet neçə müddət olacaq bilinmir. Bu müddət 6 ay, 1 il və ömürlük də ola bilər”.