Vaksin vurulduqdan sonra da maskalardan istifadə etməliyik - Ramin Bayramlı

17:24 15.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əhalinin böyük kütləsində immunizasiya yaratmayana qədər maskalardan istifadə etməliyik.

Hafta.az-ın məlumatına görə, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.

R.Bayramlı bildirib ki, vasksin vurdurmaq o demək deyil ki, maskadan istifadə etmək lazım deyil.

O qeyd edib ki, vaksin vurulduqdan sonra immunitetin yaranması müəyyən bir zaman alır: “Ona görə də həm özünü, həm də ətrafdakıları qorumaq üçün müəyyən müddət maskalardan istifadəyə davam etməliyik”.