Yazını böyüt
Yazını kiçilt
Coach, Kate Spade və Stuart Weitzmanın sahibi olan Tapestry şirkəti Capri Holdings-i 8,5 milyard dollara satın alıb. Bu barədə Reuters yazır.
Sövdələşmə nəticəsində Capri Holdings brendləri - Michael Kors, Jimmy Choo və Versace yeni sahibini qəbul edib.
Capri-nin CEO-su Con İdol bildirib ki, sövdələşmə “şirkətin qlobal izinin genişlənməsini sürətləndirmək üçün” resursları və imkanları artıracaq.
2017-ci ildə Tapestry çanta istehsalçısı Keyt Spadeni 2,4 milyard dollara alıb. Elə həmin il Kapri Britaniya ayaqqabı istehsalçısı Cimmi Çu 1,2 milyard dollara satın aldı. Bir il sonra Kapri Versace-ni 2,2 milyarda satın aldı.