“Virtual məktəb”də həftə ərzində 6 milyona yaxın dərs keçirilib

17:37 14.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir.

Təhsil Nazirliyindən hafta.az-a bildirilib ki, dekabrın 5-dən 11-dək platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 milyon 366 min 295, müəllimlərin sayı 126 min 305, aktiv istifadəçi sayı 1 milyon 9 min 881 nəfər olub. Həftə ərzində “Virtual məktəbdə” 5 milyon 868 min 88 dərs keçirilib.