Xaçmazda ağacəkmə aksiyası keçirilib

22:44 24.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ağacəkmə aksiyası təşkil olunub.

Hafta.az xəbər verir ki, Xudat–Nabran yolunun kənarında keçirilən aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri, ərazi icra nümayəndələri, bələdiyyələr və könüllü gənclər iştirak ediblər.

Aksiya zamanı magistral yolun kənarında 500-dən çox şam ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib və suvarılması təmin olunub.