Xaçmazın bir neçə kəndi qazsız qalıb

17:26 12.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 12-də "Xaçmaz" QPS-dən qidalanan Qaradağlı kəndinin ərazisində keçən PE 315 mm-lik orta təzyiqli qaz xəttinin ətrafında məişət tullantılarının yandırılması nəticəsində qaz xətti zədələnib.

 

Hafta.az xəbər verir ki, bu səbəbdən  Xaçmaz rayonunun 21 kəndinin (4500 abonent) qaz təchizatında fasilə yaranıb. Artıq təmir işlərinə başlanılıb. İşlər sona çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.