Xankəndi-Laçın yolu: Aksiyaçılar bayram əhval-ruhiyyəsindədirlər

21:22 31.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Xankəndi-Laçın yolunda ekofəallara və könüllülərə dəstək vermək üçün musiqiçilər aksiyanın keçirildiyi əraziyə gəliblər.

Hafta.az xəbər verir ki, onlar milli və vətənpərvərlik ruhunda musiqilər ifa edirlər.

Aksiya iştirakçılarının əhval-ruhiyyələri yüksək səviyyədədir.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 20 gündür davam edir.

Siyasət rubrikasından digər xəbərlər