Xarici jurnalistlər 2 yaşlı Zəhranın qətlə yetirildiyi Alxanbəyli kəndində olublar

13:07 27.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda səfədə olan xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil olunub.

Hafta.az-ın məlumatına görə, jurnalistlər Füzuli şəhərində olublar. Xarici jurnalistlər 2 yaşlı Zəhranın və nənəsinin ermənilər tərəfindən qətlə yetirildiyi Alxanbəyli kəndində olublar.

Gün ərzində 40-dan çox xarici media nümayəndəsi Füzuli və Cəbrayılda işğaldan azad edilmiş ərazilərdəki erməni vəhşiliklərini öz gözləri ilə görəcəklər.

 

Onlar həmçinin Füzlidə hava limanının tikintisi ilə tanış olacaqlar.