Xocalı canisi məhkəmədə müdafiəsiz qaldı

19:32 22.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsi hakim Anna Danibekyanın sədrliyi ilə Ermənistanın ikinci terrorçu prezidenti, Xocalı qatili Robert Köçəryanın işi üzrə bugünkü iclası vəkillərin olmaması səbəbindən təxirə salıb.

Hafta.az xəbər verir ki, bu haqda “Aysor” nəşri məlumat yayıb.

Vəkil Hayk Alumyan başqa məhkəmə iclasında iştirak etdiyi üçün məhkəmədə iştirak edə bilməyəcəyini bildirib. Ovanes Xudoyan isə səhhətində yaranan problemlə əlaqədar iclasda iştirak edə bilməyib. Aram Orbelyana gəlincə, Robert Köçəryan bildirib ki, razılaşmaya əsasən, o, yalnız ərizə vermək lazım olanda gəlir. O qeyd edib ki, başqa vəkillərin iştirak etməməsi barədə ona məlumat verilməyib.

Məhkəmə iclasının müdafiəçilərin iştirakı olmadan davam edə bilməyəcəyini nəzərə alaraq, hakim iclası dekabrın 6-dək təxirə salıb.

Siyasət rubrikasından digər xəbərlər