Yanvarda Azərbaycanda 10 min 812 körpə doğulub

13:23 24.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarda Azərbaycanda 10 min 812 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 12,7 təşkil edib.

Dövlət Statistika Komitəsindən hafta.az-a bildiriblər ki, doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.

Körpələrdən 238-i əkiz, 6-sı isə üçəm doğulanlardır.

Bununla yanaşı, yanvarda ölkədə 7972 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 9,4 təşkil edib.