Yaponiyanın Pekindəki səfirliyinə 400 min hədə zəngi gəlib

10:30 21.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fukuşima Atom Elektrik Stansiyasında tullantı sularının okeana axıdılması səbəbindən Yaponiya ilə Çin arasında yaranan gərginliyin təsirləri davam edir.

Hafta.az-ın yazdığına görə, Yaponiyanın Çindəki səfirliyindən dünən verilən açıqlamada, tullantı sularının axıdılması prosesinin avqustun 24-də başladığı gündən bəri onlara 400 min zəng gəldiyi ifadə edilib.

Açıqlamada avqustun 25-də ən az 40 min, sonrakı günlər isə orta hesabla 10 min zəng edildiyi bildirilib.

Səfirlik Pekin administrasiyasından əməliyyatların dayandırılmasına səbəb olan təqib çağırışlarının qarşısını almaq üçün kömək istəyib.

Kimliyini açıqlamayan Yaponiya kooperativ xəbər agentliyi “Kyodo News”a danışan bir yapon rəsmisi "Biz buna heç vaxt səssizcə dözməməliyik" deyib.

Fukusimadan çıxan radioaktiv tullantı sularının okeana axıdılması böyük müzakirələrə səbəb olub. Elektrik stansiyasında apardığı yoxlamalardan sonra Beynəlxalq Atom Enerjisi Agentliyi iyulun 4-də tullantı sularının axıdılmasının təhlükəsizlik standartlarına uyğun olduğunu bildirib. Pekin administrasiyası bu qərara reaksiya verib və Yaponiyadan dəniz məhsulları idxalını dayandırıb.