Yaşayış binasında yanğın olub

19:00 17.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 33 m² olan 1 otaqlı mənzildə ev əşyaları 20 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.