Yaşayış evlərində bahalaşma var

20:24 20.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 2025-ci ilin II rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi 2025-ci ilin I rübü ilə müqayisədə 100,2 faiz, o cümlədən yerüstü tikililər üzrə 100,1 faiz, yol və körpü tikintisi üzrə isə 100,5 faiz təşkil edib.

Hafta.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən bildirir.

Məlumata görə, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2025-ci ilin eyni dövründə yaşayış evləri üzrə qiymət indeksi isə 101,1 faizə bərabər olub.