Yaxın həftələr Ukrayna münaqişəsi üçün həlledici olacaq - Şarl Mişel

19:16 23.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa Şurasının prezidenti Şarl Mişel bildirib ki, Ukrayna münaqişəsi üçün yaxın iki-üç həftə həlledici olacaq. Siyasətçi bunu İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində deyib.

Mişelin sözlərinə görə, Ukraynada hadisələrin sonrakı inkişafı bu müddət ərzində müəyyənləşəcək.
“Növbəti həftələr, 2 və ya 3, münaqişə və sülh üçün həlledicidir. 2023-cü ildə baş verənlər və çox şey qarşıdakı həftələrdən asılıdır, bizim gələcəyimizi müəyyən edəcək”, - Mişel paylaşıb.

Buna görə də Avropa Şurasının rəhbəri Ukraynaya dəstəyi davam etdirməyə və bütün lazımi yardımı göstərməyə çağırıb.

Siyasət rubrikasından digər xəbərlər