Yeddi ayda 41 yeni dövlət standartı qəbul edilib

22:21 28.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-iyul aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 41 yeni dövlət standartı qəbul edilib.

Dövlət Xidmətindən hafta.az-a bildirilib ki, hesabat dövründə 30 dövlət standartı ləğv edilib və 654 beynəlxalq, dövlətlərarası və xarici dövlətlərin standartlarının müvəqqəti tətbiqinə icazə verilib.