Tailandın Narathiwat əyalətində 7-ci sinif şagirdi tualetdə uşaq dünyaya gətirib və yeni doğulan körpəni zibil qutusuna atıb. Bu barədə “The Thaiger” məlumat yayıb.
Qız məktəb gəzintisi zamanı avtobusda doğuş keçirib. Müəllim məktəbli qıza ayaqyoluna baş çəkməyi təklif edib.
Qız tualetin kabinəsində çox vaxt keçirib. O, özbaşına doğub, sonra körpəni zibil qutusuna atıb. Bundan sonra məktəbli avtobusa qayıdıb və baş verənləri heç kimə demədən öz oturacağında əyləşərək sinif yoldaşları ilə birlikdə yoluna davam edib.
Tezliklə səlahiyyətlilərə zibil qutusunda yeni doğulmuş qız uşağının tapılması ilə bağlı xəbər gəlib. Körpənin anası kamera görüntüləri sayəsində tapılıb.
Polis yeniyetməni xəstəxanaya aparıb və orada uşaqla birləşib. Məktəbli qıza tibbi yardım və psixoloji dəstək göstərilib.