Yeni avtobus parkı TİKİLİR

10:43 24.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yeni avtobus parkı tikiləcək.

Hafta.az xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin məlumatında bildirilib.

Yeni avtobus parkı Xəzər rayonunun Buzovna qəsəbəsində - Albalılıq adlanan ərazidə tikiləcək.

Tikinti işlərinə xərclənəcək maliyyə vəsaitinin həcmi də məlumdur. Məlumata görə, tikinti işlərinə 12.9 milyon manat xərclənəcək.